AZ

Tailand Kamboca sərhədi yaxınlığında əməliyyata başlayıb

Tailand Hərbi Dəniz Qüvvələri dəniz və hava qüvvələrinin iştirakı ilə Kamboca sərhədi yaxınlığında əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə Tailand Sərhəd Mühafizə Qüvvələrinin Qərargahı məlumat yayıb.

Bu məqsədlə 24 saat patrul xidməti və kəşfiyyat aparmaq üçün əməliyyat keçirilən əraziyə “HTMS Thepa” döyüş gəmisi cəlb olunub.

Hərbi Dəniz Qüvvələri Tailand balıqçılarını Kamboca ilə dəniz sərhədi yaxınlığına çıxmaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, Kamboca və Tailand arasında toqquşmalar bir neçə gün əvvəl yenidən intensivləşib. Dekabrın 8-də Tailand Hərbi Hava Qüvvələri Kamboca mövqelərinə F-16 qırıcı təyyarələri ilə zərbələr endirib. Əməliyyat Kambocanın Tailand hərbi obyektlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib, nəticədə bir Tailand əsgəri həlak olub, dörd nəfər yaralanıb.

Tailandın Baş naziri və Daxili İşlər naziri Anuthin Charnvirakoon hökumətə hərbi əməliyyatlar aparmaq səlahiyyəti verən xüsusi qətnamə imzalayıb.

Seçilən
15
2
apa.az

3Mənbələr