AZ

Tailand Kamboca ilə gərginlik fonunda genişmiqyaslı hərbi əməliyyata başladı

Tailand Kral Donanması Kamboca ilə münasibətlərdə gərginliyin artması fonunda “Trat Prap Porapak” (“Trat düşməni sıxışdırır”) adlı genişmiqyaslı əməliyyata başlayıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti Sərhəd Müdafiə Qüvvələrinin qərargahına istinadla yayıb.

Bəyanatda qeyd olunur ki, dekabrın 10-dan etibarən Tailand Kral Donanması Kamboca ilə mümkün hərbi əməliyyatların artması səbəbilə öz sektorunda genişləndirilmiş əməliyyat səlahiyyətlərini üzərinə götürüb.

Əməliyyat çərçivəsində HTMS Thepa hərbi gəmisi bölgəyə göndərilib və 24 saatlıq patrul xidməti üçün hazır vəziyyətə gətirilib.

“Hərbi gəminin bütün ekipajı tam döyüş hazırlığındadır, silahlar isə eskalasiya baş verdiyi halda dərhal istifadəyə hazır vəziyyətdə saxlanılır”, – məlumatda deyilir.

Hərbi Dəniz Qüvvələri balıqçılara sərhədə yaxın ərazilərdə dənizə çıxmamaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, IMEMO RAS-ın kiçik elmi işçisi Qriqori Kuçerenko Tailand və Kamboca arasında tammiqyaslı müharibə ehtimalının minimal olduğunu bildirib.

Əvvəllər Tailandda yaşayan Rusiya vətəndaşı, tərəflər arasında yaranan gərginlik fonunda ölkədəki vəziyyəti şərh etmişdi.

DOĞRU.AZ

Seçilən
2
1
dogru.az

2Mənbələr