AZ

"Qarabağ" üçün tarixi fürsət

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Publika.az xəbər verir ki, təmsilçimiz turnirin 6-cı turu çərçivəsində Bakıda “Ayaks”la qarşılaşacaq.

Azərbaycan və Niderland nəhənglərinin görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 21:45-də başlaycaq oyunu sloveniyadan olan FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Daha öncə keçirdiyi 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət görmüş Azərbaycan təmsilçisinin 7 xalı var. “Ayaks” isə 5 oyunun hamısında məğlubiyyətə üzülüb. Niderland nəhəngi xal qazanmamış yeganə komanda olaraq sonuncu sırada qərarlaşıb.

“Qarabağ” üçün ÇL-in autsayderi ilə görüş tarixi fürsət yarada bilər. Ölkə çempionu qələbə qazanacağı təqdirdə pley-off mərhələsinə vəsiqənin taleyini böyük ölçüdə həll edə bilər. Hətta heç-heçə belə Qurban Qurbanovun komandası üçün qızıl qədər qiymətlidir.

Seçilən
72
publika.az

1Mənbələr