AZ

Putin "ddost olmayan" ölkələrdən gələn zənglərin bloklanmasını elan etdi

Rusiya hökuməti "dost olmayan" ölkələrdən gələn zənglərin bloklanması proqramını həyata keçirir.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Vladimir Putin bunu çərşənbə axşamı İnsan Hüquqları Şurasının (İHŞ) üzvləri ilə görüşündə elan edib.

Videokonfrans formatında keçirilən görüşdə prezident İHŞ tərəfindən əvvəllər təklif edilən "telefon və internet fırıldaqçılığı ilə mübarizə üçün spesifik həllər" arasında "dost olmayan ölkələrdən gələn zənglərin bloklanmasını" yada salıb. Putin bildirib ki, bütün bu təkliflər "nəzərə alınıb və hökumət tərəfindən həyata keçirilir".

Onun sözlərinə görə, "rəqəmsal mühitdə vətəndaşların qorunması üçün" birinci tədbir paketi artıq qəbul edilib, ikinci paket hazırlanıb və müzakirə olunur və təsdiqlənir, üçüncüsü isə yaxın gələcəkdə planlaşdırılır.

Seçilən
36
herbiand.az

1Mənbələr