AZ

Lerikdə yol kənarında avtomobil qəfil hərəkət edib dərəyə aşıb, sərnişin ölüb

LERİK, 10 dekabr. TELEQRAF

Lerikdə yol kənarında dayanan avtomobil qəfil hərəkət edib dərəyə aşıb, sərnişin ölüb.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, Lerik rayonunda bədbəxt hadisə baş verib. Hadisə ötən gecə axşam saatlarında Lerikin Dico kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı avtomobili yol kənarında saxlayıb və nəqliyyat vasitəsindən düşüb. Bu vaxt minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb.

Nəticədə avtomobildə sərnişin olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində vəfat edib.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
87
6
teleqraf.com

10Mənbələr