AZ

Cennifer Enistonun keçmiş əri ata olur

Aktrisa Nikol Braydon Blum və onun həyat yoldaşı, məşhur aktyor Castin Teru ilk övladlarını gözləyirlər.

Editor.az xəbər verir ki, məlumatı People jurnalı yayıb.

Teru və hamilə Blum Los-Ancelesdə Kino Akademiyası Muzeyində keçirilən “Fallout” serialının ikinci mövsümünün premyerasında birgə iştirak ediblər. Tədbirdə aktrisanın fiqurlu libasının altından qabarıq qarnı aydın görünüb.

Xatırladaq ki, 31 yaşlı Blum bu ilin mart ayında Teru ilə – aktrisa Cennifer Enistonun 54 yaşlı keçmiş həyat yoldaşı ilə – ailə qurub.

Cütlük haqqında münasibət şayiələri ilk dəfə 2023-cü ilin fevralında yayılmağa başlayıb. Onlar həmin ilin avqustunda romantik görüş zamanı öpüşərkən görüntüləniblər. Teru və Blum 2024-cü il “Oskar” mükafatlandırma mərasimində qırmızı xalçaya birlikdə çıxaraq münasibətlərini rəsmi şəkildə ictimaiyyətə nümayiş etdiriblər.

Castin Teru bir müddət münasibətlərini gizli saxlasa da, 2023-cü ilin mayında Esquire jurnalına müsahibəsində buna işarə etmişdi.

“Mən bütün münasibətlərimin dörd divar arasında qalmasını istəyirəm. İctimaiyyətin diqqətində olan bir münasibətdən sonra, diqqət mərkəzindən uzaq münasibət daha maraqlıdır”, – deyə o bildirib.

Qeyd edək ki, payız ayında repçi Fironun həyat yoldaşının nümayəndəsi Blumun hamiləliyi ilə bağlı yayılan şayiələri şərh etməkdən imtina etmişdi.

// Gülnarə Abasova, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr