“Barselona” Çempionlar Liqasında “Ayntraxt Frankfurt”u 2:1 hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, "Kamp Nou"da baş tutan qarşılaşmada meydan sahibləri 21-ci dəqiqədə hesabda geri düşsə də, 50 və 53-cü dəqiqələrdə Jül Kundenin qolları sayəsində üç xal qazana bildi.
"Barca Universal"-ın məlumatına görə, bu, "Barselona"nın tarixində ilk dəfədir ki, kataloniyalılar ardıcıl dörd matçda hər dəfə ilk qolu buraxdıqdan sonra geridönüş edərək qalib gəlir. Seriya ötən ayın sonunda “Alaves”lə görüşdə (3:1) başlayıb, ardınca “Atletiko Madrid”ə eyni hesabla qalib olub, ötən turda isə “Betis”lə görüşdə (5:3) çətin qələbə qazanıb.
Hans-Diter Flikin komandası şənbə günü "Osasuna"nı qəbul edəcək.
Mirağa