Gəncədə dönərdən kütləvi zəhərlənmə hadisəsi olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, zəhərlənənlərin əksəriyyəti Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir.
Onlar dərsdən sonra dönərlə qidalanıblar.
Zəhərlənənlərin adlarını təqdim edirik: Əli Zeynalov (2015), Məlahət Məmmədova (2015), Kamal İsmayılov (2015), Hüseyn Hüseynli (2015), Rüqəyya Tağıyeva (2015), Aydan Həsənzadə (2015), Adil Məmmədov ( 2015), Əli Mizəyev (2015).