AZ

“Trump Marşrutu” Orta Dəhlizin mühüm tərkib hissəsi ola bilər - Paşinyan

"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi Ermənistan və Türkiyə arasında əlaqənin açılması ilə yanaşı, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz əlaqəni təmin edəcək Orta Dəhlizin əsas komponentinə çevrilmək üçün hər cür şansa malikdir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında “Ermənistanın sülhün, regional əlaqənin və Aİ ilə münasibətlərin institusionallaşdırılmasına yanaşmaları” mövzusunda panel müzakirəsi zamanı deyib.

Ermənistan Baş naziri vurğulayıb ki, bu təşəbbüsün həyata keçirilməsinə gələn ildən başlanılacaq:

“Gələn il icra və tikinti mərhələsinə keçəcəyik. Hökumətimizin “Sülh yollarının kəsişməsi” təşəbbüsü ilə tam uyğun gələn bu layihənin həyata keçirilməsi regionda əlavə əlaqələr və qarşılıqlı asılılıq yaradacaq, sülhün təşviqində daha bir mühüm amilə çevriləcək”, - Paşinyan qeyd edib.


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr