Bakı. Trend:
Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qidazəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə QidaTəhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumlarınəməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumatverilib.
Bikdirilib ki, məsələ nəzarətə götürülüb. Araşdırmalarınnəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
TƏBIB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, dünən saat21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadıncinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan AbbasSəhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinəhospitalizasiya olunub.
"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlərdiaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlərgöstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərambulator müalicə üçün evə buraxılıblar".
Qeyd edək ki, dünən Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tamorta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.