AZ

Sumqayıtda mübahisəli iki penalti epizodu – Əleyhinə VAR, lehinə YOX!

Misli Premyer Liqasının XIV turunda “Sumqayıt” doğma meydanda “İmişli”ni məğlub edib – 1:0. Əliyar Ağayevin idarə etdiyi matçda mübahisəli epizodlar etirazlara səbəb olub.

Belə ki, görüşün ikinci hissəsində “Sumqayıt”ın futbolçusu Rüstəm Əhmədzadə cərimə meydançasında əllə oynasa da, referi bunu görməyib.

Ağayev VAR müdaxiləsindən sonra qərarını dəyişib və “Sumqayıt”ın qapısına penalti təyin edib.

Matçda Sumqayıt klubunun da penalti gözlədiyi epizod olub. “İmişli”nin 17 nömrəli futbolçusu öz cərimə meydançasında “kimyaçılar”ın 19 nömrəli oyunçusunun üzünə vuraraq topu ondan alır. Ev sahibi komanda bu epizodda penalti gözləsə də, Əliyar Ağayev onlarla eyni fikirdə olmur. VAR da epizoda müdaxilə etmir.

Hər iki epizodu dəyərləndirməsi üçün İdmanxeber.az-ın daimi eksperti olan FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik.

Həsən Quluzadə / İdmanxeber.az 

 

Seçilən
18
idmanxeber.az

1Mənbələr