Tailand Hərbi Dəniz Qüvvələri Kamboca ilə münaqişənin kəskinləşməsi səbəbindən genişmiqyaslı əməliyyata başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Trat əyalətindəki Sərhəd Müdafiə Qüvvələrinin qərargahı məlumat verib.
“Dekabrın 10-da Tailand Hərbi Dəniz Qüvvələri Kamboca ilə hərbi toqquşmaların artması səbəbindən öz sektorunda əməliyyatların aparılması səlahiyyətlərinin genişləndirilməsini öz üzərinə götürüb”, – deyə məlumatda bildirilib.
“Trat Prap Porapak” (“Trat düşməni məğlub edir”) adlı əməliyyat bölgəsinə göndərilən “HTMS Thepa” hərbi gəmisi 24 saat patrul xidməti və kəşfiyyat həyata keçirəcək.
Ekipaj və silahlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Tailand Hərbi Dəniz Qüvvələri balıqçılara dənizə çıxmaqdan çəkinmələri ilə bağlı xəbərdarlıq edib.