AZ

Ağır yol qəzaları niyə baş verir?

Son zamanlar baş verən avtomobil qəzaları bir daha yolda diqqətli olmamağın necə ağır nəticələnə biləcəyini göstərir. Hadisələrin analizi zamanı qəzaların çoxunun ölümlə sonlandığı müşahidə edilir.

 

Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, avtomobil idarəsi zamanı sürət həddini gözləmək vacib şərtlərdəndir:

Prezidentin

“Qəzanın yaranma riskini artıran bir neçə faktorlar mövcuddur. Ara məsafəsinin düzgün seçilməməsi, nəqliyyat vasitəsinin düzgün idarə edilə bilməməsi bacarığı, əlin sükana öyrəşməməsi, yola çıxan zaman vaxtın düzgün seçilməməsi qəzalara gətirib çıxarır. Bununla yanaşı sürücülərin yol infrasturukturuna bələd olmaması, həmçinin sürət həddinin yüksək olması ağır qəzalarla nəticələnə bilir. Yol infrasturukturunun daha çox əks etdirici elementlərlə təmin edilməməsi də sürücüləri çaşdıra bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 10 Dekabr 2025, 10:18   
Seçilən
68
pravda.az

1Mənbələr