AZ

Vladimir Zelenski: Təhlükəsizlik təmin olunarsa, seçkilərə hazıram!

Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik təmin olunarsa, seçkilərə hazır olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Zelenski Avropa və ABŞ tərəfdaşlarına təhlükəsizliyi təmin etməyə çağırıb. Ukrayna prezidenti bəyan edib ki, “Təhlükəsizlik təmin olunarsa, seçkilər 60-90 gün ərzində keçirilə bilə".

Zelenski həmçinin deyib: “Mən parlamentdən hərbi vəziyyətin qüvvədə olduğu müddətdə seçkilərin keçirilməsi üçün hüquqi baza hazırlamağı xahiş edəcəm”.

Müharibəyə son qoymaq üçün davam edən diplomatik səylərə toxunan Ukrayna prezidenti, Rusiyanın enerji boru kəmərlərinə hücum etməməsi şərti ilə atəşkəsə hazır olduqlarını ifadə edərək, "Rusiyanın enerjini hədəf alması onun sülh danışıqlarına həvəsinin olmadığını göstərir" dedi.

Döyüş meydanına toxunan Zelenski “Krımı və digər işğal olunmuş əraziləri geri almaq üçün nə gücümüz, nə də müttəfiqlərimizin dəstəyi” deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
67
turkustan.az

1Mənbələr