AZ

Bakıda restoranlarda “çayvoy” qadağası

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, müştərilərin böyük narazılığına səbəb olur.

Bakıda yerləşən bəzi restoranların vətəndaşlara əvvəlcədən məlumat vermədən ümumi hesaba 10-15% servis haqqı əlavə etməsi uzun müddətdir ki, çox az adamı narahat edirdi. Halbuki əlavə servis haqqı barədə müştəriyə əvvəlcədən şifahi formada xəbərdarlıq edilməli və ya menyuda kifayət qədər aydın şəkildə göstərilməlidir. Həmçinin müştərilər əlavə servis haqqını ödəməyə məcbur oluna bilməz. Bu müştərinin açıq şəkildə aldadılması və istehlakçının hüquqlarının pozulması deməkdir. Müştəridən əlavə məbləğin tələb olunması qeyri-qanunidir. Belə olan halda müştəri restoran rəhbərliyinə narazılıq edib pulu ödəməkdən imtina edə bilər. Sirr deyil ki, bəzən müştəri öz abır-həyasına qısılıb, hansısa narahatlıq yaranmasın deyə sürpriz də olsa, əlavə servis haqqını ödəyir.  

Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində uzun müddətdir mübahisə doğuran əlavə ödənişlərlə bağlı mühüm dəyişikliklərə gedib. Belə ki, yeni qaydalara əsasən, müəssisələr müştərilərdən yalnız menyuda açıq və şəffaf şəkildə göstərilmiş qiymətlər əsasında ödəniş tələb edə biləcəklər. Bu kontekstdə, ölkəmizdə də istehlakçıların hüquqlarının qorunması istiqamətində oxşar mexanizmlərin tətbiqi, servis haqqının ləğvi məsələsi aktuallaşır.

Bəs müştərilər əlavə servis haqqını ödəməkdən imtina edə bilərmi? Əgər belədirsə, hansı hüquqi əsaslarla?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "Yeni Müsavat"a danışıb. Onun sözlərinə görə, "çayvoy"un qadağan edilməsi mümkün deyil: "Biri var ki, insanlar könüllü "çayvoy" verir, bu qadağan oluna bilməz. Biri də var ki, hesabın içində nəzərə alınan, yəni hesaba salınan "çayvoy" və ya xidməthaqqı ilə bağlı qarışıqlıq mövcuddur. Bəli, bəzi insanlar xidməthaqqı vermək istəmirlər, lakin məcbur edilirlər. Bu, doğru deyil və müəyyən tənzimləmələr olmalıdır".

Hazırda işlətmələr bunun qanunla əsaslandırıldığını bildirirlər, çünki dünyanın bir çox ölkəsində belə bir praktika mövcuddur və onun vergisi tutulur. Ona görə də hesabın içində hesaba salınan "çayvoy" verildikdə, onun vergisi də tutulur. Bu səbəbdən qanunvericilikdə bu iki anlayışı bir-birindən ayırmaq vacibdir. Yəni əgər "çaypulu" üçün vergi olmasa, həcmi də azalacaq. Məsələn, hesabın 10 faizi serviz haqqı kimi tutulursa və əgər bu, vergiyə cəlb olunmayacaqsa, o zaman servis haqqını 5 faizə endirmək mümkündür. Qanunda bu cür tənzimləmə aparmaq olar".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, son 6 ildə restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, restorana gələnlərin böyük narazılığına səbəb olan məsələlərdən biridir: "Bu gün də qurumumuza, övladının ad günü mərasimi üçün restorana gedən bir şəxsdən şikayət daxil olub - ona 15 faiz servishaqqı tələb edilib. Qeyd etmək lazımdır ki, servishaqqı məsələsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb və heç bir qadağa da yoxdur. Lakin məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi belədir ki, restoranlar öz ərazilərində necə davranacaqlarını özü müəyyən edir. Təəssüf ki, bazarda restoranlar üçün vahid qaydalar mövcud deyil. Bu vəziyyət tam özbaşınalıq doğurur və istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır.

Məsələn, bahalı restoranlarda musiqiçi çağırılır, müğənni ifa edir və bunun üçün əlavə ödəniş tələb olunur. İstehlakçıya bu barədə əvvəlcədən heç bir məlumat verilmir. Qanun isə bu cür halları qadağan etmir. Ümumiyyətlə, dünyada, o cümlədən kapitalist ölkələrdə və yaxşı xidmət göstərildikdə istehlakçılar "çayvoy" verir. Lakin bütün hallarda servis haqqı menyuya daxil edilməli və istehlakçı buna əvvəlcədən məlumatlandırılmalıdır. Bu şərtlər ödənildikdə, istehlakçı artıq seçimini etmiş hesab olunur və ödənişi etməlidir".

Eyyub Hüseynov həmçinin bildirib ki, hazırda restoranlarda və şadlıq evlərində digər özbaşınalıqlar da müşahidə olunur. Məsələn, servis haqqından əlavə, əlavə ödənişlər, face control tətbiqi və oturma yerlərinə görə əlavə qiymət tələb olunması kimi hallar baş verir: "Bütün bunlar istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Məsələn, əgər bir müştərinin üzünə görə restorana buraxılmırsa, ya da dənizə tərəf oturmaq üçün əlavə 20 manat tələb olunursa, bu, qanunsuzdur.

Aidiyyəti orqanlar, o cümlədən Antiinhisar Dövlət Agentliyi bu məsələlərə nəzarət etməli və qanun pozuntusu aşkarlandıqda cərimə tətbiq etməlidir. Yəni servishaqqı yalnız menyuda qeyd olunmuş və istehlakçıya əvvəlcədən bildirildikdə qanuni sayılır. Əks halda, bu, istehlakçının hüquqlarının pozulmasıdır və aidiyyəti qurumlar buna müdaxilə etməlidir".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
news.milli.az

3Mənbələr