AZ

AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

Bakı. Trend:

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri vəehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumuAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olub.

Agentlik informasiya sistemləri və ehtiyatlarını AZCONHolding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı DataMərkəzinə tam şəkildə yerləşdirib. Bununla da AYNA kritiksistemlərin yüksək əlçatanlığını təmin edib.

“AzInTelecom” MMC tərəfindən AYNA-ya Virtual server –IaaS (İnfrastructure-as-a-Service), Rezervlənmə – BaaS(Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsinəbaşlanılıb. Agentlik, əlavə olaraq, SPLA lisenziyalı “Microsoft”məhsulları və SİP telefoniya xidməti ilə də təminolunub.

“Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İTsistemlərinin “AzInTelecom” MMC-ə məxsus Bakı və Yevlax Datamərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır,informasiya sistemlərinin məhsuldarlığı artır. Təkmilləşdirilmişinformasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna,keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nailolunur.

Qeyd edək ki, “AzInTelecom” MMC “bulud” xidmətləri üzrəbeynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatınıCənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

Məqalədə:
Seçilən
16
15
az.trend.az

10Mənbələr