AZ

"Qarabağ"ın yeni loqosu belə olacaq? - Rəsmi AÇIQLAMA - VİDEO

Türkiyəli Cem adlı dizayner UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi “Qarabağ”ln loqosu ilə bağlı dəyişiklik təklif edib.

Ölkə.Az xəbər verir ki, daha əvvəl də digər klubların loqoları ilə bağlı yeni versiyalar hazırlayan dizayner “Qarabağ”ın orijinal loqosunun konsept olaraq maraqlı olsa da,  yenilənməyə ehtiyacı olduğunu söyləyib:

O, hazırkı loqonun bir az qarışıq olduğunu və daha anlamlı olması üçün top əvəzinə mərkəzə xarı bülbül simvolunun daha maraqlı olacağını düşünür.

Sözügedən video sosial şəbəkələrdə qısa zamanda diqqətləri üzərinə çəkməyi bacarıb.

Ölkə.Az  "Qarabağ" FK-nın loqo dəyişikliyi edib-etməyəcəyini öyrənməyə çalışıb. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sorğumuza cavab olaraq hər hansı loqo dəyişikliyinin nəzərdə tutulmadığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl də yerli dizyanerlərdən biri "Qarabağ" üçün yeni loqo təklif etmişdi.

Billurə Yunus

Seçilən
40
3
olke.az

4Mənbələr