Eýde: Tələsik razılaşmalar qitənin təhlükəsizliyini gələcək nəsillər üçün riskə atır…
Norveçin xarici işlər naziri Espen Bart Eýde Ukrayna ilə Rusiya arasında ərazi güzəştləri əsasında əldə olunacaq “ucuz atəşkəsin” Avropa üçün uzunmüddətli təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
Poliqon xəbər verir ki, norveçli nazir bu fikirləri Londona səfəri çərçivəsində Sky News talakanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, əgər Kiyev ərazilərinin bir hissəsindən imtina etməyə məcbur edilərsə, bu, gələcək nəsillər üçün yeni təhlükəsizlik təhdidlərinin yaranmasına və bütövlükdə qitənin gələcəyinin risk altına düşməsinə gətirib çıxara bilər. Eýde qeyd edib ki, Ukrayna, onun Avropa müttəfiqləri və ABŞ Putinə qarşı danışıqlarda ortaq mövqedən çıxış etməlidir.
Eyde Ukraynada sülhün bərqərar olacağına ümid etdiyini, lakin tələsik və qeyri-müəyyən nəticələrə yol açan razılaşmaların Avropa üçün uzunmüddətli mənfi nəticələr doğura biləcəyini vurğulayıb.
“Əgər biz qeyri-müəyyənliyə imkan versək və ya yeni bir Yalta yaradarıqsa, bu, bütün qitə üçün ciddi problemə çevriləcək”, deyə nazir bildirib.
XİN rəhbəri əlavə edib ki, Avropanın təhlükəsizliyi və beynəlxalq nizamın sabitliyi Ukrayna müharibəsinin necə nəticələnəcəyindən birbaşa asılı olacaq və bu səbəbdən tərəflərin strateji həmrəyliyi həlledici əhəmiyyət daşıyır.
Poliqon.info