AZ

Avropa Ukraynaya yardımda çatışmazlıqları etiraf edib

ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin Ukraynadakı münaqişə ilə bağlı hərəkətsizliyi fikri həqiqətdir.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə “Politico”ya adını çəkməyən Avropa rəsmisi açıqlama verib.

Onun sözlərinə görə, Avropa dövlətləri indi hərəkətə keçib, lakin artıq gecdir.

Mənbə qeyd edib ki, NATO ölkələri alyans qarşısında öhdəliklərini artırıb və Ukrayna üçün Amerika silahları almaq təşəbbüsü irəli sürüblər, lakin indi yeni problemlə üzləşirlər: onlar Belçikanı Rusiya aktivlərindən Kiyevin ehtiyacları üçün istifadəsinə razılıq verməyə inandırmağa çalışırlar.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr