AZ

"Tok" vuran ofisiantın yığdığı pulla küçələrinə asfalt çəkildi - TƏSİRLİ VİDEO

Ofisiant işlədiyi restoranda tok vurması nəticəsində vəfat edən Eltac Əliyevin özünə yığdığı pulla küçələrinə asfalt çəkilib.

Day.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Yeni yola sakinlər "Eltac yolu" adını verib.

Qeyd edək ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"də bədbəxt hadisə baş verib. Belə ki, sözügüdən hotelin işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Elxan Əliyev
Day.Az

Seçilən
9
day.az

1Mənbələr