AZ

Agentlik rəisi: Azərbaycan regionun ən təhlükəsiz sənaye ölkələrindən birinə çevriləcək

“Azərbaycanın yaxın illərdə regionun ən təhlükəsiz sənaye ölkələrindən birinə çevriləcəyi gözlənilir”.

APA xəbər verir ki, bu sözləri FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün sənaye təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil: “Bu, milli təhlükəsizliyin, sabitliyin, dayanıqlığın və ən əsası – insan həyatının qorunmasının əsas sütunlarından biridir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji kurs ölkədə təhlükəsizlik mədəniyyətinin yüksəldilməsini, risklərin minimuma endirilməsini və innovasiya yönümlü idarəetmənin gücləndirilməsini prioritet kimi müəyyən edir. Fövqəladə Hallar Nazirliyi bu kursu ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir”, - o vurğulayıb.

Qeyd edək ki, III Səanye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.

Seçilən
15
1
apa.az

2Mənbələr