Bakı.Trend:
bp Azərbaycan artıq 33 ildir ki, ölkəmizdə fəaliyyət göstərir vəbu müddət ərzində dövlətimizin ən strateji enerji ehtiyatlarınınidarə olunması bizə etibar edilib.
Trend xəbərverir ki, bu fikirləri bu gün Xəzər regionu üzrə vitse-prezidentiBəxtiyar Aslanbəyli Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi,SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA)birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsindəçıxışı zamanı deyib.
“Bu illər ərzində Xəzər dənizində yerləşən yataqlardan 4,5milyard barrel neft, 257 milyard kubmetr qaz, eyni zamanda 60milyard kubmetr qaz AÇG yatağından hasil edilərək dövlətə təhvilverilib. AÇG yatağından hasil olunan qaz Xəzər dənizi üzrə ümumiqaz hasilatının təxminən 25%-ni təşkil edir. Bu isə həminyataqların nə qədər böyük potensiala malik olduğunu göstərir”.
O bildirib ki, fəaliyyətin ən qürurverici tərəflərindən biri isəbütün əməliyyatlarımızın təhlükəsiz şəkildə, sənaye standartlarınatam uyğun, heç bir ciddi qəza baş vermədən həyatakeçirilməsidir.
“Azərbaycan üzrə fəaliyyətimiz dövründə təhlükəsizlik və inkişafsahəsində yerli və beynəlxalq həmkarlarımızla birlikdə çalışmış, ənyüksək qlobal standartların tətbiqini təmin etmişik”.