AZ

I Liqa: İkinci dövrə başlayır

Bu gün Azərbaycan I Liqasında 10-cu turun oyunları start götürür.

Fanat.Az xəbər verir ki, ikinci dövrənin ilk turunun açılış günündə 3 matç baş tutacaq.

Əvvəlcə "Mingəçevir" ilə yüksəlişdə olan "Cəbrayıl" üz-üzə gələcək. Yaşar Məmmədzadə adına stadionda keçiriləcək oyun 14:00-da başlayacaq. 

Digər iki qarşılaşmanın start fiti yarım saat sonra səsləndiriləcək. “Baku Sportinq” Buzovnada “Şahdağ Qusar”ı, MOİK isə Binədə "Şimal"ı sınağa çəkəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Azərbaycan I Liqası
10-cu tur
10 dekabr   

14:00. “Mingəçevir” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Mahmud Bağırzadə
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
 
14:30. “Baku Sportinq” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu.

14:30. MOİK – “Şimal”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu.

Seçilən
15
1
fanat.az

2Mənbələr