“Bavariya”nın ulduz forvardı Harri Keyn gələcəyi ilə bağlı qərarını verib.
İdmanxeber.az xəbər verir ki, ingiltərəli hücumçu Münhen klubu ilə müqaviləsini yeniləməyə hazırlaşır. Klub rəhbərliyi onu “Barselona”ya satmaq variantını heç vaxt gündəmə gətirməyib.
Yeni sözləşmənin DÇ-2026-dan sonra imzalanması planlaşdırılır.
Qeyd edək ki, Keynin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.