AZ

Adil Kərimli: Mədəniyyət və hüquq arasındakı əlaqə düşündüyümüzdən daha dərindir

Bakı, 10 dekabr, AZƏRTAC

Mədəniyyət və hüquq arasında mövcud olan konesptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Əgər biz mədəniyyət və hüququn bir-birinə olan münasibətində müasir çağırışları müzakirə etmək istəyiriksə, o zaman ilkin olaraq bu anlayışların yenidən təhlil və müzakirə olunması məqsədəuyğun olardı.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı elmi-praktiki forumda çıxışı zamanı deyib.

O bildirib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır.

Nazirin sözlərinə görə, pozitiv mənada isə hüquq individual azadlıqları, davranışları və ictimai münasibətləri formalşadırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur.

Seçilən
58
azertag.az

1Mənbələr