Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” vəbazarda aktiv fəaliyyət göstərən akademiyalardan biri Div Academyortaq əməkdaşlıq çərçivəsində yeni sosial yönümlü təşəbbüs –“AI for Good” süni intellekt təlimproqramının qeydiyyat prosesinə start verib. Layihə valideyniniitirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışınıgenişləndirməyi və onların əmək bazarına inteqrasiyasınıdəstəkləməyi hədəfləyir.
Proqram tam olaraq ödənişsizdir və tədris xərcləri layihənintərəfdaşları tərəfindən qarşılanır.
3 ay davam edəcək təlim müddətində iştirakçılar:
- Süni intellektin əsasları və tətbiq sahələri,
- No-code texnologiyaları və onların real biznes proseslərindəistifadəsi,
- Rəqəmsal bacarıqların inkişafına dair praktiki yanaşmalar üzrəbiliklər əldə edəcəklər.
Tədris prosesi həmçinin mentorluq görüşləri, sahə mütəxəssisləriilə interaktiv sessiyalar və real layihələr üzərində çalışmaimkanları ilə zənginləşdiriləcək.
Layihə “PAŞA Bank”ın sosial məsuliyyət strategiyasına uyğunolaraq gənclərin inkişafına, rəqəmsal savadlılığın artırılmasına vəgələcək peşə perspektivlərinin genişləndirilməsinə töhfə verməyihədəfləyir. Bank fəaliyyətə başladığı gündən insan kapitalınıninkişafını, biliklərin paylaşılmasını və regional potensialıngücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.“PAŞA Bank” gələcəkdə də gənclərin təhsil və karyera imkanlarınıgenişləndirən layihələrə imza atmağa davam edəcək.