AZ

“Qalatasaray” portuqaliyalı hücumçu ilə maraqlanır

“Qalatasaray” rəhbərliyi “Milan”ın portuqaliyalı futbolçusu Rafael Leaonun durumunu yaxından izləyir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi portuqaliyalı hücumçu üzərində dayanıb.

Bu mövsüm bütün turnirlərdə 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı futbolçu hücumun demək olar ki, bütün mövqelərində çıxış edə bilir.

Leaonun “Milan”la müqaviləsinin bitməsinə 2 il qalıb.

Yanvar transfer dövründə İtaliya klubu futbolçu satışına razılıq verərsə, “Qalatasaray” rəhbərliyinin bu transfer üçün bütün imkanlarını səfərbər edəcəyi bildirilir.

 

Seçilən
18
idmanxeber.az

1Mənbələr