
Çində baş verən yanğında 12 nəfərin öldüyü bildirilir.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Çinin cənubundakı Şantou şəhərində yerli vaxtla saat 21:20-də dördmərtəbəli binada yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürən və tibb qrupları göndərilib.
Təxminən 40 dəqiqə ərzində alov söndürülsə də, hələlik yanğının səbəbi məlum deyil.
İlahə Qənbərli
Missiya.Az