AZ

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

Bakı. Trend:

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Trend xəbərverir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, keyfiyyət informasiya sistemininformalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili,saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişafetdirilməsi üçün zəruri tədbirlərin görülməsi Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra –Agentlik) tapşırılıb.

Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi ilə birlikdə Keyfiyyət informasiya sistemindəformalaşan açıq məlumatların “Açıq məlumatlar” portalındayerləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyuntarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu”(G-cloud) Konsepsiyası”na uyğun olaraq, Agentlik ilə birlikdəKeyfiyyət informasiya sisteminin “Hökumət buludu”na keçidinintəşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlərgörməlidir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiyaehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi vəelektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyatakeçirilməsini təmin etməlidir.

Seçilən
61
13
az.trend.az

10Mənbələr