AZ

Salah “İlin İdman Ulduzu” mükafatına namizəddir

“Liverpul”un hücumçusu Məhəmməd Salah 2025-ci il “BBC Dünya İdman Ulduzu” mükafatına (“BBC İlin İdman Şəxsiyyəti”) 6 namizəd arasında yer alıb.

Msport.az xəbər verir ki, misirli forvard bu mükafata namizəd olan yeganə kişi futbolçudur.

Salahdan başqa, 5 idmançının da mükafata namizəd olduğu bildirilir. Onların arasında “Arsenal”ın qadın komandasının futbolçusu Mariona Kaldentey, boksçu Terens Krouford, dayaqla tullanma üzrə idmançı Armand Duplantis, yüngül atlet Sidney Maklaflin-Leuron və beysbolçu Şohey Ohtani var.

Qeyd edək ki, son günlərdə Salah qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, “Liverpul”u tənqid edərək, onun oyun vaxtının əsassız olaraq azaldılmasından şikayətlənib. Komandanın baş məşqçisi Arne Slot forvardı UEFA Çempionlar Liqasında “İnter”lə oyun üçün heyətdən kənarlaşdırıb.

Seçilən
13
1
msport.az

4Mənbələr