"Bayern Münhen"in hücumameyilli yarımmüdafiəçisi Lennart Karl Çempionlar Liqasının tarixinə ardıcıl üç matçda qol vuran ən gənc oyunçu kimi düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə “OptaFranz” məlumat yayıb.
17 yaşlı yarımmüdafiəçi müvafiq olaraq “Brügge”, “Arsenal” və “Sportinq”ə qarşı matçlarda fərqlənib və bununla da statistikanın hesablandığı 1992/1993 mövsümündən sonra bu nailiyyəti əldə edən ən gənc oyunçu olub.
Karl "Sportinq"lə matçda 17 yaş 290 günlük idi. Bu qol “Bayern”ə Lissabon klubunu məğlub edərək Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqəni təmin etməyə şərait yaradıb.
Xatırladaq ki , Camal Musialanın zədəsi səbəbindən Lennart Karl əsas komandada şans qazanıb və bu mövsüm artıq 20 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa