AZ

Tramp üçün daha bir siyasi uğursuzluq... - Açıqlama

ABŞ-da keçirilən yerli seçkilər Donald Tramp üçün daha bir siyasi uğursuzluqla nəticələnib.

XəzərNews.az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli yazıb ki, Floridanın Mayami şəhərində keçirilən mer seçkilərində demokratlar 28 ildən sonra qələbə qazanıblar. Demokrat namizəd Eilin Higgins, Trampın açıq şəkildə dəstəklədiyi respublikaçı Emiliano Qonzalezi 19 faiz fərqlə (59–40) məğlub edib.

Ş.Əlavə edib ki, Florida prezident seçkilərində ənənəvi olaraq respublikaçıların üstünlük qazandığı ştat kimi tanınır:

“Mayami isə ştatın ikinci böyük şəhəridir. Əvvəlki mer seçkilərində respublikaçılar rəqiblərini tam 67 faiz fərqlə geridə qoymuşdular. Bu dəfə isə Trampın hazırkı qeyri-populyarlığı fonunda demokratların səslərinin artması diqqət çəkib. Şahin Cəfərli bildirir ki, bu tendensiya 2026-cı il Konqres seçkilərində “mavi dalğa” (demokratların böyük üstünlüyü) ehtimalını gücləndirir”.

Ş.Cəfərli həmçinin Trampın hazırda beynəlxalq arenada özünə siyasi uğur hekayəsi qurmağa çalışdığını qeyd edir. Onun sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Ukraynanı əlverişsiz sülhə məcbur etməyə çalışır:

“Halbuki cəbhədə Ukrayna ordusu müqavimət göstərməkdə davam edir və Putinin Donbasda “nəhayət aldıq” deyə biləcəyi bir şəhər belə yoxdur. Bu fonda ABŞ administrasiyasının mövcud mövqeyi siyasi şərhçi tərəfindən qeyri-əxlaqi və qəbuledilməz hesab olunur.

Seçki nəticələri ABŞ-da siyasi balansın dəyişməkdə olduğuna dair yeni siqnal kimi qiymətləndirilir”.

Xəbər 4 dəfə oxunub.
Seçilən
55
xezernews.az

1Mənbələr