"Milan" klubu "Liverpul"un qapıçısı Alisson Bekkerlə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "rossoneri" vaxt itirmədən braziliyalı qapıçı ilə danışıqlara başlamaq istəyir.
Bu barədə insayder Saşa Tovalyeri məlumat yayıb.
"Milan" sürətli şəkildə bu transferi bitirməyi planlaşdırır.