AZ

ABŞ-də liseydə şagirdlər arasında bıçaqlanma olub

ABŞ-nin Şimali Karolina ştatının Winston-Salem şəhərində yerləşən “North Forsyth” liseyində bıçaqlı hücum baş verib.

"Cebheinfo.az" xəbər verir ki, yerli polis məktəbdə baş verən dava zamanı bir şagirdin bıçaqlanaraq həyatını itirdiyini, digər bir şagirdin isə yaralandığını açıqlayıb.

Forsyth County şerifi Bobbi Kimbrouq bildirib ki, məktəbdə xidmət edən əməkdaşlar saat 11:00 radələrində yardım çağırışı ediblər.

Onun sözlərinə görə, iki şagird arasında başlayan mübahisə qısa müddətdə bıçaqlı davaya çevrilib.

Yaralanan şagird xəstəxanaya aparılıb və müalicədən sonra evə buraxılıb.Winston-Salem/Forsyth County məktəblərinin müfəttişi Don Phipps valideynlərə göndərdiyi məlumatda bir şagirdin həyatını itirdiyini təsdiqləyib.

Şerif Kimbrouq istintaqın davam etdiyini bildirib, lakin mətbuat konfransında sualları cavablandırmaqdan imtina edib.Daha sonra yayımlanan videoda isə ictimaiyyət üçün hər hansı bir təhlükənin olmadığını vurğulayıb:

“Axtardığımız şübhəli yoxdur. İstintaqın bu hissəsi nəzarətimiz altındadır”.Şimali Karolina ştatının qubernatoru Coş Ştayn “X” hesabında paylaşdığı açıqlamada hadisəni “şokedici və dəhşətli” adlandıraraq, şagirdlərə və ailələrinə başsağlığı verib.

Yalnız bir həftə əvvəl vəzifəyə başlayan müfəttiş Phipps bu hadisəni “bir təhsil işçisinin yaşaya biləcəyi ən pis kabus” kimi dəyərləndirib.

O, məktəbin Çərşənbə günü bağlı olacağını və şagirdlər ilə işçilər üçün böhran dəstək qrupunun hazır olacağını bildirib.

Seçilən
19
cebheinfo.az

1Mənbələr