AZ

Keynin "Bayern"dəki taleyi müəyyənləşdi

"Bayern"in hücumçusu Harri Keyn Münhen klubu ilə müqaviləni uzatmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb.

Bildirilir ki, sözləşmənin uzadılmasına təşəbbüs göstərən tərəf klubdur, lakin futbolçunun özü də buna qarşı deyil. Noyabr ayında "Barselona"ya mümkün transferlə bağlı yayılan məlumatlar isə heç vaxt ciddi müzakirə mövzusu olmayıb.

Keyn üçün məhz "Bayern"lə titullar qazanmaq önəmlidir. O, 2026-cı il dünya çempionatından sonra klubla daha bir mövsümlük yeni müqavilə barədə danışmağı planlaşdırır.

Seçilən
11
publika.az

1Mənbələr