AZ

Astarada itkin düşən balıqçıların kimliyi məlum olub - YENİLƏNİB

Astara, 10 dekabr, İlkin Adıyev, AZƏRTAC

Astara rayonunda dənizdə itkin düşən balıqçıların şəxsiyyəti müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, itkin düşən şəxslər 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlu və 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Fəmi oğludur.

Onların ötən gecə Şahağac kəndi ərazisində balıq ovu məqsədilə dənizə çıxdıqları və geri qayıtmadıqları bildirilir.

Hazırda axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən davam etdirilir.

 

10:34

Astara rayonunda balıqçılar itkin düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gecə axşam saatlarında FHN-nə Astarada iki balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.

Hazırda onların axtarışları davam etdirilir.

 

Seçilən
90
8
azertag.az

10Mənbələr