Bakı.Trend:
bp Azərbaycan daha 30 il Azərbaycanda fəaliyyətini davametdirmək niyyətindədir.
Trend xəbərverir ki, bu fikirləri bu gün Xəzər regionu üzrə vitse-prezidentiBəxtiyar Aslanbəyli Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi,SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA)birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsindəçıxışı zamanı deyib.
O qeyd edib ki, Qarabağ yatağı ilə bağlı “bp Azərbaycan”-nınyeni müqavilələri var.
“Günəş-Şəfəq elektrik stansiyasının inşaatıyla bağlı layihələryeni dövrün çağırışları ilə həyata keçirilir. Cəbrayılda Günəşelektrik stansiyası Azərbaycanda bu vaxtadək fəaliyyətgöstərmədiyimiz yeni bir sahə ilə bağlıdır. O sahənin özünün dətəhlükəsizlik standartları var”.
Bəxtiyar Aslanbəyli bildirib ki, Cəbrayıl şəhərinə Solarpanellərin 20%-i gətirilib.
“Bu panellərin dəyəri 13 milyon dollardır. Qısa müddət ərzindəCəbrayılda Günəş elektrik stansiyasının tikintisinə başlanılacaq”-,deyə o əlavə edib.