“Qalatasaray” ciddi itki ilə üzləşib.
İstanbullu klubun qapıçısı Uğurcan Çakır zədələnib.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qolkiper Çempionlar Liqasında “Monako” ilə oyunda (0:1) sıradan çıxıb. Onun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu səbəbdən Çakır dekabrın 13-də “Antalyaspor”a qarşı Superliqa matçında iştirak etməyəcək.