Çinin cənubundakı Şantou şəhərində 4 mərtəbəli binada yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 12 nəfər ölüb. Əraziyə yanğınsöndürmə və tibbi qruplar göndərilib.
Alovlar təxminən 40 dəqiqə ərzində söndürülüb. Yanğının səbəbi hələlik məlum deyil.