AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, qurum Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananları müzakirə edərək müvafiq ölçü götürüb.
"Neftçi" "Zirə" ilə matçda dörd nəfər sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəməli olacaq. Bundan əlavə, azarkeşlərin meydana kənar əşyalar atması "ağ-qaralar"ı daha 2000, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi isə 5000 manat ziyana salıb.
"İmişli" "Sabah"la oyunda dörd futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib. "Sabah"a isə fanatların hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən 5000 manat cərimə tətbiq edilib.
"Karvan-Yevlax" "Qarabağ"la oyunda dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. "Kəpəz" də "Araz-Naxçıvan"la görüşdə 5 futbolçusu eyni aqibəti yaşadığı üçün 700 manat cərimə olunub.