AZ

Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği müəyyənləşib

Bakı, 10 dekabr, AZƏRTAC

“Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu Qayda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinin icrası məqsədilə hazırlanıb və “Keyfiyyət informasiya sistemindən istifadə üçün Qanun”un 4-1.3-cü maddəsinə uyğun olaraq ödənilən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydasını müəyyən edir.

Qeyd olunub ki, Sistemdən istifadə etmək üçün istifadəçilər tərəfindən qeyd olunan xidmətlər üzrə hər müraciətə görə aşağıda qeyd olunan məbləğlərdə istifadə haqqı ödəniləcək.

Qeyd edilən xidmətlər üzrə müraciət edən və imtina alan şəxslər təkrar eyni predmet üzrə eyni növ müraciət etdikdə ondan ikinci dəfə istifadə haqqının ödənilməsi tələb olunmur.

Qayda ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Seçilən
103
1
azertag.az

2Mənbələr