AZ

İşçinin təşəbbüsü ilə olmayan məzuniyyət dövrü orta əmək haqqında nəzərə alınmayacaq

Bakı. Trend:

İşçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsizməzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əmək haqqı aldığı dövr var,lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrüüçün orta əmək haqqının aşağı düşməsinə səbəb olur.

Trend xəbərverir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əməksiyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək vəsosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanıdeyib.

Şöbə müdiri bildirib ki, təklif edilən yeni dəyişikliklərəəsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü,boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyətdövrləri artıq nəzərə alınmayacaq.

“Bunlar əmək haqqı alınan yaxın və tam təqvim ayları ilə əvəzolunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əmək haqqınabərabər orta əmək haqqı alımasına gətirib çıxaracaq.

İş yerinin və orta əmək haqqının saxlandığı hallar üzrə ödənişson iki aya əsasən hesablanır. Əgər son iki ay üzrə orta əmək haqqıdaha yüksəkdirsə, ödəniş həmin məbləğlə təmin ediləcək. Əgər buməbləğ aşağıdırsa, bu zaman sonuncu iş gününə aid əmək haqqı əsasgötürülməklə hesablamalar aparılacaq”, - deyə o fikrinitamamlayıb.

Seçilən
49
7
az.trend.az

10Mənbələr