
Cənubi Koreyanın Müdafiə Nazirliyi Rusiya və Çinə etirazını bildirib.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, buna səbəb iki ölkənin hərbi təyyarələrinin Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına (KADIZ) qısa müddət ərzində daxil olmasıdır.
"Hərbçilərimiz beynəlxalq hüquq normalarına uyğun olaraq, qonşu ölkələrin təyyarələrinin KADİZ zonasında hərəkətlərinə aktiv şəkildə cavab verəcək", - nazirliyin bəyanatında deyilir.
İlahə Qənbərli
Missiya.Az