Bu ilin yanvar-oktyabr aylarında ölkədə 253,5 min ton ilkin formada plastik kütlə istehsal olunub ki, bu da bir il öncəki göstəricini 3,8 faiz və ya 9,3 min ton üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istehsal edilən plastik kütlədən 125,3 min tonu polietilenin payına düşüb. 2024-cü ilin ilk 10 ayının göstəricisinə nisbətdə polietilen istehsalı 4 faiz və ya 4,8 min ton artıb.
Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı plastik kütlə üzrə 27,2 min ton, polietilen üzrə isə 7,5 min ton təşkil edib.