AZ

"Sumqayıt"ın məşqçisi ilə bağlı ölçü götürüldü

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.

Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIV turunun oyunlarında yaşanan qayda pozuntuları müzakirə olunub. 

"Sabah"la oyunda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal  cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "ağ-qaralar" 5000 manat cərimə edilib.

“İmişli” ilə matçın 90+13-cü dəqiqəsində “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq. Klub isə 1000 manat cərimələnib.

Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimə ödəyəcək.

Seçilən
1
fanat.az

1Mənbələr