AZ

İran, Azərbaycan və  Rusiya arasında yüklərin sürətli daşınması müzakirə edilib

Vətəninfo.az “Mehr News”-ə istinadən  xəbər verib ki, dünən Gilan əyaləti üzrə gömrük idarələrinin nəzarətçisi Sadiq Bərzgər Astara şəhərində keçirilən İran, Azərbaycan və Rusiya arasında Tranzitin Asanlaşdırılması üzrə Gömrük İşçi Qrupunun ilk üçtərəfli iclasında sərhəddə yük maşınlarının sıxlığının aradan qaldırılmasının vacib olduğunu bildirib.

O, qeyd edib ki, bu iclas üç ölkənin gömrük orqanları arasında birgə mexanizmlərin yaradılması istiqamətində ilk praktiki addımdır və əldə olunan razılaşmalar iş adamları üçün ixrac–idxal proseslərini asanlaşdıra bilər.

Məlumata görə, hazırda Astara gömrük zonasında təxminən 300 yük maşını, gömrük ərazisindən kənardakı terminalda isə 650-yə yaxın yük avtomobili Azərbaycan və Rusiya istiqamətində ixraca hazır vəziyyətdədir.

Bərzgərin sözlərinə əsasən, son sutka ərzində İrandan Azərbaycana 250 yük maşını çıxıb, 280 yük maşını isə ölkəyə daxil olub.

Seçilən
54
veteninfo.az

1Mənbələr