Bakı. Trend:
9 dekabr 2025-ci il tarixində Azərbaycan RespublikasınınRumıniyadakı Səfirliyi tərəfindən Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin anım günü münasibətilə Buxarestdə“Azərbaycan və Rumıniya arasında münasibətlərin qurulmasında HeydərƏliyevin rolu” adlı dəyirmi masa təşkil edilib.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycan RespublikasınınRumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyatvə fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçiliktəcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən,Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimidövlətçiliyimizdəki xidmətlərindən danışmışdır. Heydər Əliyevirsinin günümüzdə prezident İlham Əliyev tərəfindən layiqincə davametdirildiyini vurğulayan səfir çıxışında Azərbaycan xalqının 44günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə toxunaraqonun bütövlükdə Cənubi Qafqaz regionuna sülh gətirdiyini qeydetmişdir. O, cari ilin avqustun 8-də Vaşinqtonda imzalanmış sənədinvə Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırmış, artıqAzərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasınıölkəmizin xoş niyyət göstəricisi kimi səciyyələndirmişdir.
Daha sonra Rumıniyanın keçmiş Prezidenti (1996-2000), RumıniyaDemokratiya Fondunun rəhbəri Emil Konstantinesku tədbirə göndərdiyivideomüraciətdə ümummilli liderlə bağlı xatirələrini danışmış, ötənəsrin 90-cı illərində Şərq-Qərb nəqliyyat dəhlizinin və TRACECAlayihəsinin formalaşmasında Heydər Əliyevin rolundan bəhsetmişdir.
Mərasimdə Rumıniya Senatının üzvləri Sebastian Çernik, KatalinDaniel Fenekiu, Kristian Şipoş, deputatlar Adrian Solomon və AmetVarol, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür KıvançAltan, Pakistanın səfiri İlyas Mahmud Nizami, Gürcüstanın səfiriTamar Beruçaşvili, Rumıniya müsəlmanlarının müftisi Yusuf Murat vədigərləri çıxış etmiş, mənalı ömrünü xalqına, Azərbaycanınmöhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasixadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan vəRumıniya arasında əlaqələrin genişləndirilməsindəki müstəsnaroluna, müasir Azərbaycanın dünyada tutduğu xüsusi yerə yüksəkqiymət vermişlər.
Tədbirin sonunda ümummilli liderin anım gününə həsr edilmişqısametrajlı sənədli film izlənilmişdir.
Dəyirmi masa Rumıniya televiziya kanalları və mətbuatıtərəfindən geniş işıqlandırılmışdır.
Tədbirdə Qazaxıstanın Rumıniyadakı Səfirliyinin təmsilçiləri,“SOCAR Petroleum SA” şirkətinin, Türk İş Adamları Dərnəyininrəhbərliyi, Rumıniyada yaşayan və fəaliyyət göstərən türk və İranazərbaycanlılarının icmalarının nümayəndələri iştirak etmişlər.
Həmçinin mərasim iştirakçılarına Ümummilli liderin keçdiyi həyatyoluna və Azərbaycan naminə gərgin fəaliyyətinə, eləcə dəRumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilətanış olmaq imkanı yaradılmışdır. Sərgini izləyənlərə səfir vəəməkdaşlar tərəfindən ətraflı məlumat verilmişdir.