AZ

Kreml: Trampın Ukrayna ilə bağlı açıqlamaları Rusiyanın mövqeyi ilə üst-üstə düşür

ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO üzvlüyü və əraziləri ilə bağlı açıqlamaları əsasən Rusiyanın mövqeyi ilə uyğun gəlir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Kreml Trampın Politico-ya verdiyi müsahibə, xüsusən də müsahibənin Rusiya və Ukrayna nizamlanması ilə bağlı hissəsi ilə diqqətlə tanış olduğunu söyləyib:

"Tramp Ukrayna münaqişəsinin köklü səbəblərinə toxunub. ABŞ prezidentinin Ukraynanın NATO üzvlüyü, əraziləri və Kiyevin torpaq itkiləri ilə bağlı açıqlamaları Rusiyanın mövqeyi ilə çox uyğundur".

Seçilən
43
3
apa.az

4Mənbələr