AZ

TÜİB: Logistika sahəsində tariflərlə bağlı çətinliklər aradan qaldırılır



Regionda logistika sahəsində tariflərə bağlı Gürcüstanın qoşulduğu bəzi razılaşmalar səbəbindən çətinliklər var və bunlar aradan qaldırılır.

Newscenter.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat bildirib.

Onun sözlərinə görə, regionda ən mühüm məsələlərdən biri logistikadır: "Azərbaycan bu baxımdan kilid ölkələrdən biridir. Mövcud ehtiyaclarla bağlı işlər görülür – Zəngəzur dəhlizi, yeni avtomobil və dəmir yollarının tikintisi, liman layihələri və s. Qazaxıstan tərəfində də Türkiyə şirkətlərinin liman və gəmiqayırma ilə bağlı iştirakı var. Xəzər dənizində iri tonnajlı gəmilərin çatışmazlığı problemi var idi, hazırda gəmiqayırma ilə bağlı layihələr həyata keçirilir. Bu istiqamətdə "YDA Holdinq"in çox ciddi planları var. TÜİB daxilində logistika komitəsi fəaliyyət göstərir və bu sahədə mütəmadi hesabatlar hazırlayır".
Seçilən
81
1
newscenter.az

2Mənbələr