AZ

İran NARAHATDIR: “Tramp marşrutu” Tehran üçün qaranlıq və qeyri-realdır

“Tramp marşrutu” Tehran tərəfindən tam başa düşülmür: bu, qeyri-realdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a iranlı politoloq deyib. İran-Avrasiya Araşdırmaları İnstitutunun direktor müavini Armina Arm bildirib ki, “Trampın marşrutu” Tehran üçün tam aydın deyil və qeyri-real görünür.

Ekspert hesab edir ki, Rusiya Ukrayna münaqişəsindən sonra regiona qayıdanda vəziyyət dəyişəcək.

Onun sözlərinə görə, bu məsələdə əsas sual infrastrukturlara kimin nəzarət edəcəyi və idarəçiliyi kimin həyata keçirəcəyidir.

Politoloq əmindir ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiya regiona qayıdan kimi vəziyyət dəyişəcək.

Ekspert həmçinin vurğulayıb ki, İran regiondankənar qüvvələrin, xüsusilə də 40 ildən artıqdır İslam Respublikasına qarşı ən sərt sanksiyalar tətbiq edən ABŞ-nin bölgədəki mövcudluğuna qarşıdır.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
12
interpress.az

1Mənbələr